"Alpinistlər tamamilə yeni marşrut ilə hərəkət ediblər" - Axtarışda iştirak edən şəxs » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

"Alpinistlər tamamilə yeni marşrut ilə hərəkət ediblər" - Axtarışda iştirak edən şəxs

"Alpinistlər tamamilə yeni marşrut ilə hərəkət ediblər" - Axtarışda iştirak edən şəxs


"Alpinistlərin axtarışında bu gün hava şəraiti ilə əlaqədar fasilə yaransa da, axtarış qrupları təhlükəsiz yerlərdə düşərgə quraraq qarla müşayət olunan güclü küləyin səngiməsini gözləyir."

AzNews.info "Report"a istinadən bildirir ki, bu barədə axtarış prosesində iştirak edən Arzu Mustafayev bildirib.

O deyib ki, hazırda alpinistlərin tapılmasında çətinlik yaradan ən əsas amil onların müraciət edərkən göstərdikləri klassik marşrutdan kənara çıxmalaradır.

"Alpinistlər tamamilə yeni marşrut ilə hərəkət ediblər" - Axtarışda iştirak edən şəxs


"Axtarışlar nəticə vermədiyinə görə tədqiqat aparılıb və məlum olub ki, alpinistlər öz həmkarları ilə telefon danışıqlarında deyiblər ki, müraciətdə göstərdikləri kimi, klassik marşrutla deyil, tamam yeni, bu vaxta qədər keçilməyən 2-3 marşrutla zirvəyə çıxacaqlar. Bu da 20-30 kvadrat kilometr ehtimallar üzərində qurulan ərazi deməkdir və axtarışların çətinləşməsidir. Yəqin ki, Fövqəladə Hallar Nazirliyinin axtarışlara məsul nümayəndəsi də açıqlamasında deyəndə ki, dəqiq məlumat yoxdur, elə bunu nəzərdə tutur. Bəli, onlar üzərlərinə götürdükləri marşrutla getməyiblər və problem də bundan ibarətdir."

O əlavə edib ki, Tufandaq zirvəsinin hündürlüyü 4191 metrdir. Amma 4172 metrdə, yəni cəmi 19 metr aşağıda Ekologiya Nazirliyinin meteostansiyası qurulub və həmin yerə mütəmadi olaraq nazirliyin meteoroloqları qalxıb - düşür.

"Əgər onlar klassik marşrutla getsəydilər, belə problemin yaranmasına ehtimal da az olardı".

A.Mustafayevin sözlərinə görə, hazırda yüksəklikdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bərabər Ekologiya nazirliyinin 30-dan artıq dağlarla təması olan mütəxəssis və nümayəndəsi var. Hava şəraiti imkan verən kimi axtarışlar birlikdə davam etdiriləcək.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 4 yanvar 2018 05:38
  • Yazan: seir
De fato, muitas réplicas de relógios Rolex agora fabricam as palavras “Oyster Perpetual” impressas no replicas relojes mostrador para denotar que o relógio é auto-enrolado, e que a coroa e o parafuso traseiro para baixo para a resistência à água. Com isso em replicas relogios mente, uma linha de relógios é chamado o Oyster Perpetual, e representa os relógios de nível de entrada da Rolex.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *