"Gələn dəfə əl-ayaqla danışacam" - Dekan müavininin səs yazısı yayıldı + BDU-dan açıqlama
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə ilə universitetin laborantının arasında baş tutan söhbətin səs yazısı yayılıb. Səs yazısında dekan müavinini laborantı təhdid və təhqir etdiyi aydın eşidilir.
Mia.az xəbər verir ki, hadisə ilə bağlı Axar.az-a açıqlama verən BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, universitet məsələdən xəbərdardır:
"Məsələ ilə bağlı hazırda araşdırma aparırıq. Sonda mətbuata məlumat verəcəyik”.
Qeyd edək ki, dekan müavini Cavanşir Məmmədzadə laborantla söhbətində onu təhqir edərək, universitetdən kənarlaşdırmaqla hədələyib.
"Özünü burada normal apar. Elə eləmə sənədlərini toplayıb, səni yox edək burdan. Eşitdin nə deyirəm sənə? Bu dəfə mən sənlə sözlə danışıram, gələn dəfə əl-ayaqla danışacam. Mənim elə "terpeniyam” yoxdur. Sən özünü küçədəki kimi aparırsan”, - Cavanşir Məmmədzadə laboranta deyib.
Mənbə:> Mia.az