Kəmaləddin Heydərovdan sərt mesaj » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kəmaləddin Heydərovdan sərt mesaj – "Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur"

Kəmaləddin Heydərovdan sərt mesaj


Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Azərbaycanın vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə azad edilib.

Mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da bağlayanlar var. Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altıncı nazir olduğu yazılır.
Kəmaləddin Heydərov unikal.org-a açıqlamasında yazılanlara belə münasibət bildirib: "Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.

Mənbə: Unikal.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *