Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi
Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.
APA-nın məlumatına görə, xalq artistinin cənazəsini Heydər Əliyev Beynəlxalq Aeroportunda mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.
Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
Xatırladaq ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Mənbə:> APA