Son 5 ildə Azərbaycanda körpələrə verilən qəribə adlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Son 5 ildə Azərbaycanda körpələrə verilən qəribə adlar – SİYAHI

Son 5 ildə Azərbaycanda körpələrə verilən qəribə adlar


Azərbaycanda uşaqlara qoyulan xeyli sayda qəribə adlar var.

AzNews.info xəbər verir ki, Report-un Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, son beş ildə doğulan körpələrə verilən adlar siyahısında da bir sıra qəribə adlar yer alıb.

Belə ki, son beş ildə bir körpəyə Möcüzənur, bu il iki körpəyə Taliyə (son beş ildə 9), son beş ildə 3 körpəyə Məsləhət, 3-nə Xəzəl, 2-nə Qızıl, 1-nə Qızılşan, bu il 4 körpəyə Gümüş (son beş ildə 50), son beş ildə 4-nə Qoca, 1-nə Qocaman, 1-nə Qocabəy, 10-na Cavan, 1-nə Cavani adı verilib.

Son beş ildə 28 körpə Ada (bu il 6), 11-i Adam, 3-ü Aday, 1-i Adaş, 3-ü Adanur, 121-i Narin (bu il 16), 7-si Naridə (bu il 3), 3-ü Nardanə, 2-si Narina, Nariyyə və Naryəddin adını alıb.

Uşaqlara verilən qəribə adlar arasında Adanur, Adalin, Adalara, Adail, Narputa, Narizə, Nariyat, Narilə, Narika, Narif, Nariel, Nari, Nargözəl, Nargilə Nur, Almara, Almarə, Almayə, Almagül və s. adlar da yer alıb.

Bu il ölkədə 5 körpəyə Qəribə (son beş ildə 25), son beş ildə 3-nə Qəribəli adı verilib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *