Prezidentin keçmiş mühafizəçisi Müşviq Mədətov və dostu Vəli Vəliyev saxlanıldı
Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar.
AzNews.info xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildiriblər.
Məlumata görə, Müşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar.
Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Müşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.
Mənbə:> Virtualaz.org