Qızını zəhərləyən ananın məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə prosesi başlayıb.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edəcək. İlkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat versə də, azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. G.Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, 5 yaşlı Luiza zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağına verdiyini deyib.
Mənbə:> Qafqazinfo.az