İlham Əliyev və xanımı komandamızın oyununa baxırlar
Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxırlar.
Yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.
Mənbə:> AzərTAc