Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu

Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu


Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum olub.

AzNews.info xəbər verir ki, bu barədə APA-ya Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova məlumat verib.

Onun sözlərinə görə, alimin cənazəsi sentyabrın 29-da Bakıya gətiriləcək: “Bakı-Nyu-York reysini yerinə yetirən təyyarə sentyabrın 29-da, səhər saat 6:00-da Bakıya çatacaq. Lütfi Zadənin cənazəsi aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq. Saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq”.

Cənnət Səlimova əlavə edib ki, alimin oğlu Norman Zadə dəfn mərasimində iştirak etməyəcək.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da, saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadə sentyabrın 6-da, 96 yaşında Kaliforniyada vəfat edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *