Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı AÇIQLAMA
Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir.
AzNews.info-nun məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 5-dək ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir:
“Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 29-34 isti olacağı gözlənilir”.
Mənbə:> Report