Dünyanın ən sürətli adamı karyerasını zədə ilə başa vurdu
Böyük Britaniyanın kişilərdən ibarət komandası Londondakı dünya çempionatında 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, ev sahibləri əsas favorit sayılan ABŞ-ı 0,05 saniyə qabaqlayıblar.
Bürünc medalçı isə Yaponiya olub.
Yamayka komandasına gəldikdə, Useyn Bolt estafet çubuğunu üçüncü qəbul edib. Lakin özünün sonuncu mərhələsini zədə üzündən başa vura bilməyib. Beləliklə, Boltun karyerasındakı sonuncu qaçış komandasının diskvalifikasiyası ilə yekunlaşıb.
Qeyd edək ki, Useyn Bolt Londondakı dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Onun qatılmadığı 200 metr məsafəyə qaçışın qalibi Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev olub. Bolt 8 qat olimpiya və 11 qat dünya çempionudur.
Mənbə:> Report