700 bal toplayan abituriyentlər hansı universitetləri seçib? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Təhsil

700 bal toplayan abituriyentlər hansı universitetləri seçib? – SİYAHI

700 bal toplayan abituriyentlər hansı universitetləri seçib?


2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qaldı. İyulun 29-dan başlayaraq abituriyentlər üçün daha önəmli bir prosesə start verilib. Bu da ali məktəblərə ixtisas seçimidir. İxtisas seçimi avqustun 10-na qədər davam edəcək. Bu, hətta qəbul imtahanlarından da çətin prosesdir. Bəs 700 bal toplayan abituriyentlər hansı universitet və ixtisas arasında seçim ediblər?

AzNews.info Modern.az-a istinadən həmin abituriyntlərin siyahısını və seçimlərini təqdim edir.

I ixtisas qrupu üzrə 700 bal toplayan abituryentlər

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu - Qabil Əliyev: “Düşünrəm ki, BANM-da oxumaq lazımdır. İxtisas olaraq isə proseslərin avtomatlaşdırılmasını seçdim”.

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova: “Hələ ki, tam olaraq seçim etməmişəm. Vaxta hələ var. Düşünürəm”.

Akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov: “BANM-da oxumağı-düşünürəm. İxtisas olaraq isə proseslərin avtomatlaşdırılmasını seçmişəm”.

Bakı şəhəri, 220 nömrəli məktəbin məzunu Xalidə Əliyeva: “Universitet olaraq BANM-ı, ixtisas olaraq isə proseslərin avtomatlaşdırılmasını seçmişəm”.

Bakı Şəhəri 162 saylı orta məktəbin məzunu Mahirə Əsədzadə: “BANM-da oxumaq istəyirəm. Ona görə də oranı seçdim. İxtisas olaraq proseslərin avtomatlaşdırılmasını seçmişəm”.

İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin məzunu Vahab Cəbrayılov: “BANM-da oxumağı düşünürəm. İxtisas olaraq proseslərin avtomatlaşdırılmasını seçmişəm”.

Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunu Abdulla Əsgərzadə: “Vaxta hələ var. Tam olaraq seçim etməmişəm”.

II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər

Dəyanət Türk Vəqfi-Bakı Türk Liseyinin məzunu olan Cavad Əliyev: “Hələ seçim etməmişəm”.

Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə: “Hələ ki, 2 universitet arasında qalmışam. Ya İqtisad Universitetini, ya da Bakı Mühəndislik Universitetini seçəcəm. İxtisas olaraq isə maliyyə sahəsi üzrə qərarlaşmışam”.

III ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlər

Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova: “Azərbaycan Diplomatik Akademiyasının dövlət və ictimai münasibətlər fakultəsində oxumaq istəyirəm”.

Akademik Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova: “Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almağı düşünürəm. Amma mən hüquq fakültəsini Azərbaycan dili üzrə davam etdirəcəm. İngilis dilini özüm seçmədim”.

Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova: “Bakı Dövlət Universitetini seçmişəm. İxtisasa gəlincə Hüquq fakultəsində oxumağı düşünürəm. Dərslər ingilis dilində aparılır. Bu da çox yaxşıdır”.

IV ixtisas qrupu üzrə 700 bal toplayanlar

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Ziya Müslümov: “Azərbaycan Tibb universitetinin Müalicı işi fakültəsini seçmişəm”.

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev: “Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçmişəm”.

Bakı şəhəri 287 saylı “Zəkalar” liseyinin məzunu Nemət Yusifov: “Hələ ki, Türkiyədən cavab gözləyirəm. Əgər cavab gəlməsə, Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirəcəm. Əksinə olsa, Türkiyəyə gedəcəm”.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *