Reyhanın öldüyü yolda sürət həddi dəyişdirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Reyhanın öldüyü yolda sürət həddi dəyişdirildi – VİDEO

Reyhanın öldüyü yolda sürət həddi dəyişdirildi


İyunun 28-də Masallı rayon sakini Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı avtomobilin 22 yaşlı Reyhan Məmmədovanı vurub öldürdüyü Nobel prospektində yol hərəkətinin təşkili ilə bağlı yeniliklər edilib.

AzNews.info Lent.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağı ləğv edildikdən sonra yolda sürət həddi dəyişdirilib.

Belə ki, yol polisi və digər qurumların mütəxəssisləri əraziyə gələrək vəziyyəti dəyərləndiriblər və qərara alınıb ki, 4 zolaqlı yolun bütün hərəkət zolaqlarında sürət həddi saatda 60 kilometr olsun. Halbuki daha əvvəl yolun sol hərəkət zolaqlarında sürət həddi saatda 80 kilometr idi. Nobel prospektindəki elektron məlumat lövhələrində də bütün zolaqlar üzrə hərəkət sürətinin 60 km/saat olduğu qeyd edilib.

Qeyd edək ki, hadisənin baş verdiyi piyada zolağının asfalt rəngli materialla rənglənərək ləğv edilməsi insanların etirazı ilə qarşılanmışdı.

Onu da qeyd edək ki, məlum hadisəni törətmiş sürücü artıq həbs edilib. Qəzada həyatını itirən Reyhan Məmmədova isə dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion olub.


Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *