Səudiyyə Ərəbistanı noutbuk qadağasını ləğv edir
Səudiyyə Ərəbistanı Hava Yolları (Saudia) ABŞ rəsmilərinin təhlükəsizliklə bağlı qərarlarına əməl edəcək. Belə ki, Səudiyyə Ərəbistanı Hava Yolları (Saudia) ABŞ-a birbaşa uçuşlarda tətbiq olunan noutbuk və digər böyük elektron cihaz qadağasını 19 iyuldan qaldıracaq.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ mart ayından etibarən Türkiyə daxil olmaqla, Orta Şərq və Afrikanın müəyyən ölkələrindən gələn uçuşlara noutbuk qadağası tətbiq edib.
ABŞ-ın bir müddət öncə tətbiq etdiyi yeni təhlükəsizlik tədbirlərinə görə, noutbuk və digər elektron cihazları təyarədə daşımaq mümkün olacaq. Bu cihazlar uçuşdan əvvəl xüsusi nəzarətə alınacaq. Avadanlıqların partlama riski ciddi yoxlanılacaq.
Mənbə:> Oxu.Az