Moskva ilə bağlı QORXUNC PROQNOZ
İyunun 30-da axşam saatlarında Moskvada leysan xarakterli güclü yağış yağmağa başlayacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, iyunun 29-da “Fobos” məlumat yayıb.
Güclü tropik yağışı saat 15:00-da başlayacaq və gecə saatlarına qədər davam edəcək. Bir gün ərzində şəhərdə 30-40 millimetr yağış yağacağı gözlənilir, bu da aylıq normanın təxminən yarısı deməkdir. Yerli əhaliyə saat 18:00-dan 21:00-dək çölə çıxmamaq məsləhət görülüb.
Güclü yağış sürəti saniyədə 20 metrədək çatacaq küləklə müşayiət olunacaq. Həmçinin şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Küləyin ağacları, elektrik xətləri və reklam lövhələrini aşıra biləcəyi ehtimalı var.
Qeyd olunur ki, iyun ayında bu cür yağıntı beş ildən bir qeydə alınır. Bundan başqa, yağışın gündəlik həcmi son 50 illik rekordu vura bilər.
Mənbə:> Oxu.Az