Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda » AzNews.info -Xəbər portalı

Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda – FOTO

Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda


Kann festivalında Ayşvariya Rayın qırmızı xalıda peyda olması ildən-ilə böyük səbirsizliklə gözlənilir.

Əfsanəvi aktrisa müasir dünyanın ən gözəl qadını adını nahaq yerə daşımır, onun Kanndakı hər çıxışı ən yaddaqalan çıxışlardan olur. Onu əbəs yerə festivalın ilahəsi hesab etmirlər.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ayşvariya Ray bir gün ərzində Kannda iki dəbdəbəli libasda görünüb. İlkin olaraq o, açıq yaxalı, bəyaz rəngli, ətəyi çiçəkli paltarda çıxıb. Daha sonra isə aktrisa səma mavisi libası ilə göz qamaşdırıb.

Birinci çıxışı üçün “L’Oréal Paris”in vizajistləri Ayşvariyaya ziyafət makiyajı ediblər, əsas diqqət isə dodaqlara olub. Hindistan gözəlinin gözlərini isə gümüşü kölgələr ilə bəzəyib, yanaqlarına çəhrayı ənlik çəkiblər. Qalın saçlarında iri buruqlar ediblər, bu saç düzümü onun “vizit kartı”dır.

Səma mavisi libasını isə yüngül makiyaj tamamlayıb. Aktrisanın dodaqlarına təbii rəngli pomada vurulub. Saçlarını düz darayaraq təbii parlaqlıq verən lak vurublar.
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda
Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *