Biri yedəkli motosikleti iki təkər üzərində sürür, digəri atı avtomobilə bağlayıb dartır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Avto, Video

Biri yedəkli motosikleti iki təkər üzərində sürür, digəri atı avtomobilə bağlayıb dartır – VİDEO

Biri yedəkli motosikleti iki təkər üzərində sürür, digəri atı avtomobilə bağlayıb dartır


3 təkərli yedəkli motosikleti iki təkər üzərində idarə edir, hələ bu azmış kimi ötmə əməliyyatı həyata keçirir.

AzNews.info Xəzər TV-yə istinadən xəbər verir ki, video Cəlilabadda lentə alınıb. Motosikletçi heç nəyi düşünmədən təhlükəli manevrlərə yol verir.

Məsələni şərh edən ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu hal real qəza şəraitidir. Motosiklet sürücüsünün bu hərəkəti isə xuliqanlıqdır.

Astarada çəkilmiş digər bir görüntüdə isə sürücü atı iplə avtomobilə bağlayaraq sürür. Sürət artdıqca at da boğulmamaq üçün daha möhkəm qaçır.

Üstəlik kadrların çəkildiyi Astara-Ələt magistralında intensiv hərəkətin olduğu müşahidə edilir.

Ekspertin sözlərinə görə, bu cür hərəkət ilk növbədə bəsit düşüncənin məhsuludur. Bu sürücü təkcə yol hərəkəti qaydalarını pozmur, həm də heyvana zülm edir.

Ev heyvanlarının daşınması şərtlərini pozduğuna görə sürücü 200 manat məbləğində cərimə edilməlidir. Cərimənin məbləği az olsa da, təhlükəsi olduqca böyükdür.

Ona görə də nəqliyyat vasitəsini idarə edərkən təhlükəli manverlərə yol vermək olmaz.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *