Paytaxt sakini xalq artistini oğurluqda ittiham edir – VİDEO
Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirib. Qadın bu barədə restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarının görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.
Xəzər TV məlumatına görə, xalq artisti Ramiz Məmmədov məsələ ilə bağlı bildirib ki, onun tapdığı başqa bir əşya olub və o, bu əşyanı toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.
Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Kamera görüntülərində görünən, sadəcə Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.
Mənbə:> XəzərXəbər