Bakıda bina uçur: Sakinlər üçün həyətdə çadırlar quruldu – VİDEO
Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır.
.ANews.infoz Xəzər TV-yə istinadən məlumat verir ki, “Energetika” pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, sakinlər təxliyə edilib.
Yaşamağa digər yerləri olmayanlar üçün binanın həyətində 70-ə yaxın çadır qurulub.
Çadırlar hər cür şəraitlə təmin edilib. Ərazi FHN əməkdaşlarının nəzarətinə götürülüb.
Mənbə:> XəzərXəbər