MTRŞ sədri: Azərbaycan əhalisi xarici telekanallara baxmağa üstünlük verir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

MTRŞ sədri: Azərbaycan əhalisi xarici telekanallara baxmağa üstünlük verir

MTRŞ sədri: Azərbaycan əhalisi xarici telekanallara baxmağa üstünlük verir

“Azərbaycan telekanallarında reklam olduqca aşağı səviyyədədir”.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildriib ki, buna səbəb əhalinin qonşu ölkələr - Türkiyə və Rusiya kanallarına üstünlük verməsindədir:

“Bunun günahı o ölkələrdə deyil. Sadəcə, insanlarımız həmin ölkələrin dillərini sərbəst bildikləri və o telekanallardakı proqramlar onlara maraqlı gəldiyi üçün baxırlar. Bu baxımdan o ölkələrin telekanallarının reklamları da çox rahat bizim ölkə bazarına yer tapır, rahat reklam olunurlar. Amma bunun da çarəsi var və elə də ciddi problem deyil. Məsələn, kabel televiziyaları həmin ölkələrin kanallarını yayımlayarkən reklamlar zamanı hansısa vasitə ilə o hissəni dayandıra bilərlər. Ümumiyyətlə, yeni qanun layihəsi imkan verəcək ki, biz bunun da həllini tapaq. Təbii ki, ilk növbədə sərt tədbirlərə üstünlük verməyəcəyik”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *