"Hər bir qadın ayağa qalxma, öz mövqeyinə çatma gücünə malikdir" - Pərvin Babayeva » AzNews.info -Xəbər portalı

"Hər bir qadın ayağa qalxma, öz mövqeyinə çatma gücünə malikdir" - Pərvin Babayeva – FOTO

"Hər bir qadın ayağa qalxma, öz mövqeyinə çatma gücünə malikdir" - Pərvin Babayeva


Günümüzdə qadınların cəmiyyətdə tutduğu mövqe hər kəs tərəfindən bəyənilir.

Yəqin ki, xatırlayarsınız illər öncə qadına qarşı fikirlər yalnız qadın evdə oturmalı, uşaqlarını böyütməli idisə artıq həmin fikirlər tədricən dəyişmək üzrədir. Amma nə qədər dövr dəyişsədə, fikirlər dəyişsədə amma bəzən qadınları zəif görən insanlarda var. Hələ bu qadın zəifdirsə yəni boşanıbsa, və ya cinayyət törədərək həpisxanaya düşübsə o, qadınlarla tamam başqa rəftar olunur.

Bəzən kiçik yaşlı qızları məktəbdən çıxarıb ailə qurmağa məcbur edirlər. Bu bilirsiniz nədir? Uşağa bütün həyatın zorluqlarını yaşatmaq. Qızınıza 15 yaşı olandan sonra ərə verəcəm kimi baxmayın. Çox insanlar qız övladı dünyaya gətirmək istəmir, ən dəhşətlisi isə doğulmadan ya abort etdirirlər, yada doğulduqdan sonra ondan imtina edirlər. Səbəbi isə hələdə bəzi geri düşüncəli insanların qız övladlarına qadınlara qarşı fikridir. Keçən günlərdə bir xəbər izlədim ata 15 yaşlı qızına təcavüz edib bu məncə dünyanın sonudur çünki, ata və qız övladı anlayışı böyük bir məfhumdur yəqin ruhi pozuntusu olanlar, yada insan cildindən çıxan atalar bu addımı atar. Nəticədə həmin təcavüzə məruz qalmış qadınlar istənməyən hərəkətlər edir, psixalogiyyaları tamamən pozulur. Yaşadığımız dövrə nəzər salsaq hazırda insan alevri və insan istismarı baş alıb gedir və bir araşdırmam nəticəsində məs insan alverində və istismarında qadınların sayının çox olduğunu gördüm. Bu məni şok etdi səbəbi isə qısacadır. Qıza təhsil vermək, onu cəmiyyətə faydalı bir vətəndaş kimi hazırlamaq lazımdır. Onların sui-istismar edilməsi, məs savadsızlıqdan və aldanmaqdan irəli gəlir çünki, ailə qızına normal rəftar etmir oda erkən yaşında nəvazişi və qayğını başqa insandan görür sonrada həyatın ən bərbat sınaqlarına tuş gəlir. Və bütün bu olanlardan sonra biz hələdə qadına zəif deyirik əslində onun zəifliyi cəmiyyətdə üzləşdiyi porblemlərin yanısıra birdə özümüzün davranışıdır.


AzNews.info Məlumat-Mərkəzi.com-a istinadən Arzu Bayramovanın bu barədə "Sevinc Tənha analara dəstək qrupunun” rəhbəri Pərvin Babayeva ilə müsahibəsini təqdim edir:


Salam Pərvin xanım!

Salam Arzu xanım xoş gördük.

Günümüzdə hələdə qadınlara qarşı cəmiyyətdə müxtəlif fikirlər var sizcə bu nədən qaynaqlanır?

Qadınlara qarşı müxtəlif fikirlər, yalnız cahillikdən irəli gələ bilər. Cəmiyyətimiz qadınların irəli getməyi, qadınların inkşaf etməyi üçün tam formalaşmamağından irəli gəlir.


Sizcə əks cinsin nümayəndələri xanımının cəmiyyətdə müəyyən mövqey tutmağından qorxur?

Əlbəttə qorxur. Heç bir kişi istəməz ki, həyat yoldaşı, həyatındakə qadın ondan daha çox gücə malik olsun. Bu artıq bizim qanımızdadır. Hər bir savadlı özünə müəyyən bir status qazanmış kişi istəyər xanımı savadlı, dünya görünüşü zəngin olsun. Amma ondan daha güclü olmasını əsla istəməz.


Hazırda müasir dövrdə yaşasaqda yetginlik yaşına çatmayan qızları məktəbdən məcburən çıxardıb ərə verirlər. Sizcə bunun səbəbləri nədir?

Bunun səbəbi yenədə cahillik deyərdim. Bu hallar daha çox bölgələrdə baş verir. Valideyn düşünür ki, qız müəyyən yaşına çatan kimi ailə qurmalıdır mutləq. Oxusa gözü açılar yolunu azar və.s kimi hallar baş verər. Amma bəzən valideyn fikirləşmir ki, bu yetkinlik yaşına çatmamış ovladını zorla evləndirir və gələcəkdə o qızı bilmir nə gözləyir. O, qızın ailəsidə dağıla bilər, yoldaşıda vəfat edə bilər heç kim heç bir hadisədən sığortalanmayıb. Bəzən valideyn cahilliyi nəticəsində minlərlə həyatı məhf olmus qadənlarla üzləşirik.


Bildiyim qədəri ilə sizin "Sevinc tənha qadınlar” cəmiyyətiniz var biraz bu barədə söyləyərdiniz. Zəif qadının cəmiyyətdə rolu necədir?

Bəli Sevinc Tənha analara dəstək qrupunun təsiscisiyəm. Bizim xeyriyyə qrupumuz əsasən tənha qadınlara yardım edir. Atasız uşaqlara, tənha qadınlara dəstək oluruq. Qrupumuz 1 ildir fəaliyyet göstərir, bu bir il ərzində 1 atasız serebral iflicdən əziyyət çəkən bir oğlan uşağını əməliyyat elətdirmişik, imkansız ailələrin uşaqlarına sünnət aksiyası keçirtmişik. Xeyriyyə məqsədi ilə xeyriyyə tədbirləri keçirdirik Ordan yığılan məbləğə ailələrimizə ərzaq yardımları edirik.


Bəzən bir çox xəbərlərdə 14-15 yaşında qızların evdən qaçdığını eşidirik sizcə buna səbəb nədir?

Mən deyərdim ki, həyatda zəif qadın yoxdur. Öz gücünü göstərməyi bacarmayan qadın vardır zəif dediyimiz qadınlar üçün həyat daha çətin olur. İstər ailədə istər cəmiyyət arasənda zəif qadən hər zaman incidilir, hər zaman kənarlaşdırılır və nəticədə o, qadın özünü çarəsiz bədbəxt hesab edir. Amma əslində elə deyil. Hər bir qadın ayağa qalxma öz mövqeyinə çatma gücünə malikdir.


Ailədə qız övladları necə tərbiyyə edilməlidir ki, belə hallar baş verməsin?

İnsan psixologiyasında belə bir nüans var. Əgər bir insana qadağa olunursa insan o, qadağanın marağı üçün o, qadagaya doğru addımlayır. Bəzi ailələr qızlarını kimdənsə nədənsə qorumaq üçün, bəzi qadağalarla üz üzə qoyur. Düşünürlər ki, bu ziyanlıdırsa mənim övladım üçün, bundan uzaq durmalıdır. Xarici təhsildə belə bir tərbiyyə metodu var. Körpə uşağa qadağa qoyulmur. Düşünürlər ki, uşaq o, ziyanlı işi görsün və fəsadları ilə özü üz üzə qaldıqda birdə bunu təkrarlamayacaq. Əslində bu çox ağıllı metoddur. İnsan öz səhfləri üzərində öyrənir. 14-15 yaşında qız uşaqlarının evdən qaçmaqlarına ən başlica səbəb onlara ətraf mühitlə bağlı qoyulan qadağalardi. Ailədə qız övladlarına daha çox söz haqqı verilməlidir. "Qız usağısan otur yerinde" sözü bir çox ailələrimizdə işlənir. Qız uşaqlarını cəmiyyətdən kənar saxlamaq olmaz, əks hallarda onların səhf addım atmaqlarına bir başa səbəbkar valideynləridir.


Yaxın zamanda Frank Sinatranın bir sözünü oxumuşdum "Qadin zərifdir amma zəifliyində böyük bir güc var o, bəzən həmin gücünü ya nifrətə yada sevgiyə verə biləcək qüvvədədir”. Sizcədə bu belədir?

Allah qadını çox güclü yaradıb. Qadının sevgisidə nifrəti qədər güclü olur. Qadın istərsə xarabalıqdan böyük malikanə, malikanədən xarabalıq yarada bilər. Imkansızdan imkan yaratmaq qabiliyyətini tanrı məhz qadına həvalə edib bir varlıq ki, dünyaya övlad gətirir o , övladı böyüdüb başa catdırır qadın necə zəif ola bilər ?



Sizin cəmiyyətə müaricət edən xanımlar daha çox nədən şikayətlənir?

Bilirsiniz, bizə müraciət edən xanımların əksəriyyəti yoldaşı rəhmətə gedən və ya ayrılan xanımlardır. Hərdən mən onlara çox əsəbləşirəm, səbəb isə onların işləmək istəməməkləridir. Hətta bir neçəsini işlə təmin eləmək istəmişik əvvəl razılaşıblar sonra isə bir bəhanə ilə işdən yayınırlar. Övladı saxlamaq üçün ana öz zəhməti ilə hər işə getməlidir mənim fikrimcə. Qadın üçün bədənini satmaqdan başqa heç bir iş ayıb sayılmaz, əsasda o qadın övladlarına görə bunu edirsə.


Günümüzdə boşanmış qadına qarşı fikirlər dəyişməz olaraq qalır " Yəqin nəsə edib ki, boşanıb” hətda belə qadınlara cəmiyyətə bəzən başqa gözlə baxılır bunların qarşısın almaq üçün nə kimi tədbirlər görülməlidir?

"Boşanmis qadındırsa demək həyatı bitmiş qadındır " üzücü olsada bu fikir illərdir cəmiyyətimiz tərəfindən qəbul olunub və boşanmış ailəsi dağılmış qadına fahişə damğası vurulan bir cəmiyyətdə yaşayırıq. Bunun qarşı alınmazdır mənim fikrimcə çünki bu psixoloqiya artıq illərdir davam edir. Amma cəmiyyətimizdə ətrafımızda boşanan və özünə yetərincə cəmiyyətdə yer tutan ali status qazanan qadınlarımızda az deyil.


Xəyanətlər müxtəlif olur amma reallığa baxsaq görərik ki, qadında xəyanət edir bunun yaranma səbəbi nə ilə bağlıdır?

Qadının xəyanətinin günahgarı 90% kişidir düşünürəm. Heç bir qadın normal həyat yoldaşına xəyanət eləmək istəməz. İstisnalar təbii qaçılmazdır. İstisnalar artıq el dili ilə desək qadının qanındadır.



Cəmiyyətdə müəyyən mövqe tutan xanımsınız öz həmyaşıdlarına nələri töfsiyyə edərsiniz?

Məni tanıyan insanlar bilirlər ki, mən həyatda müəyyən mövqe tutmaq üçün heçhdə asand həyat yolu keçməmişəm. Həyat da əgər özündən başqa güvənəcəyin heç kim yoxdursa yalnız həyatla mübarizə aparmalısan. Həyat özü bir mübarizədir zəif təslim olur, güclü isə hədəfinə doğru dayanmadan addımlayır. Tövsiyyəm isə budur həyatın heç bir pisliklərinə, çətinliklərinə görə ruhdan düşüb təslim olmasınlar daim gələcək haqqında yaxşı düşünüb öz hədəflərinə doğru var gücləri ilə addımlasınlar.

Hal-hazırda həbsxalarda qadınlarda var onlar müxtəlif etdikləri yanlış hərəkətin qurbanı olur.


Belə qadınları yenidən cəmiyyətə qaytarmaq necə olmalıdır? Sizin cəmiyyətinizə cəzaçəkmə müəssəsindən çıxan qadın müraciəti olub?


Düzdür həbsxanalarımızda məhkum qadınlarımız yetərincə çoxdur. Bəziləri qurban qismində bəziləri isə öz səhflərinin ucbatından həbsxana həyati yaşamağa məhkumdurlar. Məhkumluğu olan qadın həyatı bitmiş qadın kimi düsünülür. Amma həyatda sifirdan başlamaq səhfləri düzəldib yeni səhifə açma heç vaxt gec deyil.
Hələki xeyr məhkumluğu olan qadınlarla üz üzə gəlməmişik.


Günümüzdə ən dəhşətli cinayyətlərdən biridə uşaq istismarıdır hələdə qız uşaqları bunu hər birimiz görürük ki, məcburu küçədə diləndirilən kiçik yaşda qız uşaqları var və buda ən dəhşətli uşaq istismarıdır. Bunun qarşısını almaq üçün nələr edilməlidir?


Uşaq istismarı böyük bir problemdir. Gündəlik həyatımızda belə bu hallarla rastlaşırıq. Uşağın məktəbdə olması gərək vaxtlarda uşaq yol kənarında ya dilənir ya salfetka satır təkər qaraldır. Bu çox ürək ağrıdan amildir.Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi belə görmək ürək ağrıdır. Bununla mübarizə isə artıq ali orqanlar tərəfindən müvafiq qərar alınıb tədbir görülməlidir. İnanıram ki, yaxın zamanlarda elə bir tədbir görüləcək.

Sevinc tənha qadınlar cəmiyyəti növbəti tədbirləri nələr olacaq?

Sevinc Tənha Analara dəstək qrupunun çox planları var. Tədbirlərimiz gözlənilir, xeyriyyə yarmarkası keçirtmək istəyirik, uşaq evlərində olan uşaqların əl işlərini satışa çıxardıb və ordan yığılan məbləğə qüsurlu olan uşaqların bir arzsunu yerinə yetirmək kimi planlarımız var.


"Hər bir qadın ayağa qalxma, öz mövqeyinə çatma gücünə malikdir" - Pərvin Babayeva

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 11 iyul 2017 05:55
  • Yazan: uctio
Below we look at notable “celebrity” watches, once owned by iconic replica Rolex uk entertainment and sports stars, sold at auction within the past few years.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *