Yeddi yaşlı azərbaycanlı “Brüs Li” görənləri heyrətləndirir – VİDEO
Yeddi yaşlı Əli Səfərov həm hərəkətləri, həm də görünüşü ilə özünü çinli əfsanəyə bənzədir. Əli Səfərov 4 ildir hər gün çox sevdiyi idamçı - aktyorun kinolarına baxıb, ona bənzəmək üçün dəridən- qabıqdan çıxır. Balaca Brüs Li dayanmadan 10-dan artıq pres və jim vura bilir.
AzNews.info Xəzər TV-a istinadən bildirir ki, o, hətta Brüs Li kimi iki barmağının üstündə tək əllə jim edir.
Bir çox idmançının belə bacarmadığı Brüs Liyə məxsus bu hərəkəti isə daha həyəcanlıdır.
Balaca Əli Brüs Liyə oxşamaq üçün bədənini də unutmayıb. Əlinin atasının sözlərinə görə, oğlunun qollarını bükmək də çətindir.
Balaca Brüs Linin idmana həvəsi çox olasa da, dərslərlə arası yaxşı deyil. Birinci sinifdə təhsil alan Əlinin arzusu Brüs Li kimi tanınmış və güclü bir idmançı olmaq və tanınmaqdır.
Mənbə:> XəzərXəbər