Saatlar irəli çəkilməyib - Diqqətli olun » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Saatlar irəli çəkilməyib - Diqqətli olun

Saatlar irəli çəkilməyib - Diqqətli olun


Ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunsa da, bu gün səhər saatlarından sosial şəbəkələrdə izləyicilər saatlarının irəli çəkildiyini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, buna səbəb isə bəzi telefonlarda avtomatik olaraq saatın irəli və ya geri çəkilməsidir.

Bu məqamda qeyd edək ki, hazırda saat 10:04-dür.

Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif etmişdi. Nazirlər Kabineti də “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə” Qərar qəbul edib.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *