Azərbaycan atəşfəşanlığı yenə də ispanlara etibar etdi
Bu ilin may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində bu dəfə də atəşfəşanlığa İspaniyanın “Ricasa” şirkəti cavabdeh olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “El Mundo”ya istinadən haqqin.az məlumat yayıb.
İki il bundan öncə Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində olduğu kimi, Azərbaycan bu dəfə də rəngarəng şounu Valensiyadan olan şirkətə etibar edib.
Avropa Oyunlarından başqa, “Ricasa” Sidneydə Olimpiada-2000, 2014-cü ildə Soçidə Qış Oyunlarında, eləcə də Sinqapurda “Formula-1” Qran-Pridə və bir çox digər yarışlarda atəşfəşanlıq təşkil edib.
İspan şirkəti asiyalı rəqiblərindən fərqli olaraq Olokauda yerləşən zavodda daha az tüstülü, ekoloji cəhətdən daha az ziyanlı pirotexnika istehsal etmələri ilə fəxr edir.
Avropa Oyunlarının açılış mərasimində “Ricasa” 12 min fişəng partladıb.
“Fişənglərimizin belə tədbirdə istifadə eidlməsindən qürur duyuruq”, - şirkətin direktoru Rikardo Kabalyer bəyan edib.
Mənbə:> Oxu.az