BBC Azərbaycan çörəyi haqqında reportaj hazırladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya, Video

BBC Azərbaycan çörəyi haqqında reportaj hazırladı – VİDEO

BBC Azərbaycan çörəyi haqqında reportaj hazırladı


İnsan əlinin hərarəti, yol qırağında təndir.

Oxu.Az xəbər verir ki, Britaniyanın BBC korporasiyası Azərbaycanda ənənəvi çörəyin necə bişirildiyinə dair reportaj hazırlayıb.

Əl işi: Azərbaycanda yol qırağında təndir çörəyi” videosüjetində Oğuz-Şəki şose yolunun üzərində Culut ərazisində yaşayan ailəsi dolanışığını təmin etmək üçün təndirdə çörək bişirib satan bir qrup məcburi köçkün ailəsindən söhbət gedir.

Şəfiqə Musayeva çörəyi ənənəvi təndirdə bişirir. “Mən duzlu su ilə bişirirəm. Çörəyin üzərinə səpirəm ki, kömürün üzərinə düşməsin. Belə daha yaxşı bişir, közün üzərinə də düşmür. Çörəyin altında nəmlik qalır”, - qadın danışır.

Öncə təndir qalanır, sonra istilik lazımi səviyyəyə çatdırılır. Ardınca əvvəlcə yoğrulmuş və kündələnmiş xəmir yayılır, üzərinə yumurta vurulur və təndirə yapılır.

“Xəmir qabarcıqlar əmələ gəlməsin deyə şişlə kündəni deşir, o, bu hərəkəti elə sürətlə edir ki, əlləri görünmür”.

Az adam bu çörəyin ən dadlı olduğuna dair mübahisə edər.

İsti çörək pendirlə və tər göyərti ilə dadlı olur.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *