Azərbaycanda şadlıq evi belə çökdü – FOTO
Neftçala rayonunda şadlıq evi çöküb.
AzNews.info-nun Lent.az-ın məlumatına görə, Dördlər kəndində yerləşən “Dördlər” şadlıq sarayının tavanı 2 gündür yağan qarın ağırlığına tab gətirməyərək çöküb. Ağırlıqdan şadlıq evinin divarları da uçub.
Qeyd edək ki, Neftçala rayonuna 30 santimetrdən çox qar düşüb.
Mənbə:> Lent.az