Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi

Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi


Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb. Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması araşdırılıb.

Oxu.Az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin meyit itkin neftçilərdən birinə – 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsusdur.

Xatırladaq ki, 15 dekabr 2016-cı il səhər saat 5 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan, maşinist 2. Zülfüqarov Azay, operator 3. Qurbanov Vidadi, operator 4. Həsənov Elçin, mexanik 5. Hacıəliyev Həsənağa, operator 6. Qafarov İlham, operator 7. Əsədov Samir, operator 8. Bəhrəmov Cavid, operator 9. Abbasov Ramiz, maşinist 10. Rüstəmov Qorxmaz, operator.

Onu da qeyd edək ki, bu hadisədən təxminən 1 il əvvəl, 2015-ci il dekabrın 4-də baş vermiş güclü külək və qasırğa da Xəzər dənizində böyük faciəyə səbəb olmuşdu. Belə ki, “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 33 nəfəri xilas edilmiş, 11 nəfəri həlak olmuş və 19 nəfər itkin düşmüşdü.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *