Allahşükür Paşazadə: Azərbaycanda islama olan münasibət islam dövlətlərindəkindən yüksəkdir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Allahşükür Paşazadə: Azərbaycanda islama olan münasibət islam dövlətlərindəkindən yüksəkdir

Allahşükür Paşazadə: Azərbaycanda islama olan münasibət islam dövlətlərindəkindən yüksəkdir


“Azərbaycan çox çətinlikdən, keşməkeşdən keçdi. Bəzən yalançı ağsaqqallar peyda oldu. Ağsaqqal sözünə qulaq asılmadı”.

Aznews.info APA-ya istinadən xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Respublika Ağsaqqallar Şurasının iclasında deyib.

O bildirib ki, bir zamanlar ağsaqqal əvəzinə, qarasaqqallar ortaya çıxmışdı: “O deyirdi, Bakı mənimdi, bu deyirdi Gəncə mənimdi, o biri deyirdi Lənkəran mənimdi. Nəticədə Azərbaycan dövləti xəritədən silinmək üzrə idi. Mən bunun şahidi olmuşam. Azərbaycan 3 yerə parçalanırdı. Ölkəni parçalamaq istəyən bu 3 qüvvə Azərbaycan dövləti yaratmırdı, onların hər biri başqa-başqa dövlətlərə sığınırdı. Bu gün ölkəmizdə ağsaqqala, müdrik insanlara böyük ehtiyac var. Azərbaycan xalqı həmişə öz ağsaqqalına hörmət edib və edəcək”.

QMİ sədri qeyd edib ki, dünyada iğtişaşlar baş verir, islam adı altında insanlar bir-birinin başını kəsirlər: “Bu il cənab prezidentin sərəncamı ilə Azərbaycanda “İslam həmrəylik ili” elan olunub. Cənab prezident mənə dedi ki, bu, bizim bayramımızdır. Bizim də üzərimizə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanda islama olan münasibət özünə islam dövləti deyənlərdən daha yüksəkdir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *