Amerikaya viza almaq üçün hansı sənədlər tələb olunur? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Amerikaya viza almaq üçün hansı sənədlər tələb olunur?

Amerikaya viza almaq üçün hansı sənədlər tələb olunur?


Çoxları Amerika vizası üçün də Şengendə tələb olunan sənədlərin istənildiyini söyləyir. Kimi deyir iş yerindən arayış, bank hesabından çıxarış, səyahət sığortası, hotel və təyyarə bileti bronu lazımdır.

Bəs əslində viza almaq üçün nə tələb olunur?

Oxu.Az xəbər verir ki, səyahət bloggeri Gülər Mehdizadə bu barədə təcrübələrini seyahetciblogda bölüşüb.

Kimi deyir adına mülk, bank hesabından çıxarış lazımdır, kimi də bütün bunların lazımsız olduğunu söyləyir. Bir sözlə, hərə bir fikir bildirir. Elə mənə də Amerika səfirliyinin viza şərtləri maraqlı gəlirdi. Bu yaxınlarda müraciət edib öyrəndim.

Hansı sənədlərin tələb olunduğunu bilmək üçün əvvəlcə səfirliyin saytında axtarış etdim. Konkret hansısa sənəd yazılmamışdı. Sadəcə, “bizi dönəcəyinizə inandırın”, – deyilirdi.

Necə inandıraq?

Çox fikirləşəndən sonra bütün sənədləri toplamaq qərarına gəldim. Kim nə deyir, hamısını.

Bankdakı hesaba qalacağım hər gün üçün 100 dollar qoyub, arayış çıxardım. Sonra bank hesabımdan son 6 aylıq çıxarış aldım. Səyahət sığortası, iş yerimdən arayış aldım. Adıma ev, avtomobil olması ilə bağlı sənəd təsdiqlətdim. Sonra hotel və təyyarə biletini bron etdim. Daha sonra isə yeni foto çəkdirdim.

Viza rüsumu – 160 dollar

Növbəti mərhələdə Amerika səfirliyinin saytında hesab açdım. 5-6 səhifəlik ərizə formasını doldurdum, bura şəkil əlavə etdim. Sonra da viza üçün tələb olunan 160 dolları onlayn ödədim. Ödəmə ilə bağlı emailə gələn təsdiq cavabını çıxardım. Daha sonra bütün bu sənədlərlə birgə səfirliyə getdim.

22 nəfərdən 17-nə “yox” dedilər

Növbədə 22-ci idim. Mənə sıra gələnə qədər 17 nəfərə “yox” cavabı verdilər. Həyəcanlanmışdım. Nəhayət, içəri keçdim. Səfirlik əməkdaşı özümlə bağlı danışmağımı istədi. Danışdım, filan işi görürəm, filan yerdə işləyirəm, Novruz bayramına görə Amerikaya gedirəm və s. Bundan sonra mənə ağ, üstündə “sizin vizanız təsdiq olundu”, – yazılmış kağız verdilər. Pasportu isə 5 gün sonra götürə biləcəyimi söylədilər və məndən hər hansı bir sənəd tələb olunmadı. O qədər sənədi yığmaq özümə qaldı.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *