Sabah ölkə ərazisində qar yağacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah ölkə ərazisində qar yağacaq – XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağıntıda fasilə yaranacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 14-ü gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *