Paytaxt sakinləri taksi sürücüsünə qeyri-adi cəza verib – FOTO
Bu gün səhər saatlarında Nizami rayonu ərazisində maraqlı hadisə baş verib.
Oxu.Az xəbər verir ki, paytaxt sakinləri taksi sürücüsünə qeyri-adi cəza veriblər.
Belə ki, taksi sürücüsü öz avtomobilini zibil qutularının qarşısında saxladığından sakinlər məişət tullantılarını atmaqda çətinlik çəkiblər.
Bina sakinləri vəziyyətdən çıxış yolunu öz zibillərini taksinin üzərinə qoymaqda tapıblar.
Həmin görüntüləri sizə təqdim edirik.
Mənbə:> Oxu.az