Sabaha olan hava proqnozu açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı


Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *