SIM-kartların satışında » AzNews.info -Xəbər portalı

SIM-kartların satışında – YENİ QAYDALAR

SIM-kartların satışında


Azərbaycanda SIM-kart satışlarının yeni qaydalarının tətbiq olunması vətəndaşların onlayn rejimdə eyniləşdirilməsini təmin edib.

Aznews.info xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Hökumətin qərarına əsasən, bu ilin fevralın 1-dən SIM-kartların satışı və onların qeydiyyata alınması bütün operatorlar üçün vahid qaydada və mərkəzləşdirilmiş sistemdə həyata keçirilir.

Bundan sonra SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm mobil operatorların, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil edilir.

Bu, satışları sistemləşdirməyə və bu sahədəki mövcud çatışmazlıqları aradan qaldırmağa imkan verir. Çatışmazlıqlar operatorların abunəçi bazasının fərdi eyniləşdirmə nömrələrinə uyğun olaraq unifikasiyası yolu ilə aradan qaldırılıb.

Bundan başqa, mobil operatorların abunəçiləri üçün müxtəlif dövlət strukturlarından bildirişlər alınması kimi xidmətlərin işə salınması nəzərdə tutulur.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *