Nardaran qiyamçılarına hökm oxundu: Taleh Bağırova 20 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə “Müsəlman Birliyi” təşkilatın sədri Taleh Bağırova Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlıya digər 16 nəfərə hökm oxunub. Hökmə görə, Taleh Bağırov və Abbas Hüseynova 20 il, Cabbar Cabarova 19 il, Rasim Cəbrayılov 17 il, Fuad Qəhrəmanlı 10 il, Ramin Yarıyev 10 il ,Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Abbas Tağızadə və Aqil İsmayılov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında T.Bağırovun ömürlük, F.Qəhrəmanlının 11 il, A.Hüseynovun 20 il, C.Cabbarovun 19 il, R.Cəbrayılovun 17 il, R.Yarıyevin 10 il, Ş.Abduləliyevin, Z.Mustafayevin, C.Babakişizadənin, A.Quliyevin, İ.Xudaverdiyevin, E.İsmayılovun, B.Quliyevin, Ə.Nuriyevin, Ə.Vəliyevin, F.Balayevin, A.Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Mənbə:> Virtualaz.org