“Azərişıq” ASC qaçqınlarla bağlı xüsusi qərargah yaratdı, təcili işə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azərişıq” ASC qaçqınlarla bağlı xüsusi qərargah yaratdı, təcili işə başladı

“Azərişıq” ASC qaçqınlarla bağlı xüsusi qərargah yaratdı, təcili işə başladı

Azərbaycan 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb və Fərmanın icrasına başlanılıb. Bu barədə Səhmdar Cəmiyyətdən virtualaz.org-a daxil olmuş məlumatda deyilir.

“Azərişıq” ASC qaçqınlarla bağlı xüsusi qərargah yaratdı, təcili işə başladı


Məlumata əsasən məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sayğac quraşdırıması işlərinin qısa müddətdə başa çatdırılması və bu sahədə koordinasiyalı birgə işin təşkili məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ərazi strukturlarının və yerli icra orqanlarının nümayəndələrinin daxil olduğu Regional Enerji Təchizatı və Satışı İdarələrindəki İşçi Qruplarına öz fəaliyyətlərini Mərkəzi Qərargahla əlaqələndirməklə görülən işlərə dair mütəmadi məlumat verilməsi tapşırılıb.

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-nin elektron məlumat bazasında müvafiq dəyişikliklər edilib, Smart kart istifadəçisi olan məcburi köçkünlər üçün müəyyən edilmiş 150 kVt/saat güzəştli limitin yüklənməsi dərhal dayandırılıb.

“Azərişıq” ASC qaçqınlarla bağlı xüsusi qərargah yaratdı, təcili işə başladı


Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq hallarının ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılmasına, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilib.

Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılmış, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması mütəmadi olaraq Kütləvi Informasiya Vasitələrində məlumatlandırılacaqdır.

“Azərişıq” ASC-nin mətbuat xidməti

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *