Pərviz Heydərov: Güzəştli limitin ləğvi zəruri idi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Pərviz Heydərov: Güzəştli limitin ləğvi zəruri idi

Pərviz Heydərov: Güzəştli limitin ləğvi zəruri idi

“Məcburi köçkünlər üçün kommunal xidmətlərdən müvafiq güzəşt limitlərinin ləğvi zəruri xarakter daşıyır.

Bu, dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə etmək məsələsinin getdikcə, daha aktual xarakter daşıdığı bir dönəmdə olduqca yerində atılan addım sayılır”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O, bu məsələdə maksimum anlayışlı olmağı da məsləhət görüb:

“Əvvəla, ötən uzun müddət ərzində məcburi də olsa, köçkün sayılan hər hansı bir fərdin və yaxud da ailənin maddi təminat baxımından ehtiyacları məsələsinin həlli istər-istəməz müəyyən həddə olsa da belə, təmin olunmuş və “yerləşdirilmiş” hesab edilməlidir.

Ən azı o mənada ki, bu müddət ərzində hətta müvafiq dövlət güzəştləri limiti saxlanılsa da belə, məcburi köçkün sayılan heç bir fərdin və yaxud ailənin mövcud istehlak və dolanışıq xərcləri ilə ayaqlaşa bilməsi onsuz da faktiki olaraq mümkün sayılmır.

İkincisi də, dövlət tərəfindən əhalinin sözügedən təbəqəyə aid hissəsinin maddi cəhətdən bütün tələbləri öhdəsindən əslində, kifayət qədər yaxşı gəlinmiş vəzifə sayılır ki, bunu da onlar üçün müxtəlif yerlərdə tikilən yaşayış mənzilləri, o cümlədən işlə təminat və sair kimi məsələlər kifayət qədər yaxşı sübut etməkdədir.

Odur ki, məsələni maksimum dərəcədə anlayışla qəbul etmək lazımdır. Gələcəkdə adambaşına aylıq müavinətin özü, sözsüz ki, artırıla da bilər. Yəni ki, əsas odur, bundan sonra bu sahədə büdcə xərclərinə daha yaxşı nəzarət etmək mümkün olacaq və ümumiyyətlə, bu istiqamətdə ortaya çıxacaq müvafiq tələblər də olduqca anlaşıqlı xarakter daşıyacaq”, - deyə P.Heydərov qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *