Jurnalisti təhqir edən Kamil Zeynallını 50 min manat təzminat gözləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Maqazin

Jurnalisti təhqir edən Kamil Zeynallını 50 min manat təzminat gözləyir

Jurnalisti təhqir edən Kamil Zeynallını 50 min manat təzminat gözləyir


İdmançı Kamil Zeynallı tərəfindən ölümlə hədələnməklə yanaşı şərəf və ləyaqəti təhqir olunan jurnalist Əfruzə Ağayeva məhkəməyə iddia hazırlayır.

Bu barədə Trend-ə Ə.Ağayevanın vəkili Vüqar Səfərli məlumat verib.

Onun sözlərinə görə, jurnalistin təhqir edilməsi ilə bağlı dəymiş ziyan müəyyənləşdiriləndən sonra məhkəmədə iddia qaldırılacaq:

"Hazırda dəymiş ziyanla bağlı Əfruzə xanımla konkret qərar qəbul etməmişik. Əfruzə xanım təhqir olunması və ölümlə hədələnməsi ilə bağlı polisə müraciət edib və tələb edib ki, K.Zeynallı sosial şəbəkələrdə ondan üzr istəməlidir. Bununla bağlı K.Zeynallı polisə çağırılıb və izahatı alınıb. Amma, o hələ də Əfruzə xanımdan üzr istəməyib".

V.Səfərli bildirib ki, hazırda jurnalistin şərəf və ləyaqətinin təhqir edilməsi ilə bağlı hazırladığı iddia yaxın günlərdə məhkəməyə təqdim ediləcək: "Bu həftə iddia tamamlanacaq, dəymiş ziyan müəyyən ediləcək və sənəd məhkəməyə təqdim ediləcək. Əfruzə xanımın valideynləri dünyasını dəyişib. Kamil onları təhqir edib, işgüzar nüfuzuna xələl gətirib. Hələlik dəymiş mənəvi ziyan müəyyənləşməyib".

V.Səfərli bildirib ki, dəymiş ziyan təxminən 50 min manat həcmində müəyyən ediləcək.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *