NİDA üzvünə hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

NİDA üzvünə hökm oxundu

NİDA üzvünə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E. Qəhrəman son söz deyib.

O, günahsız olduğunu bildirib.

Sonra hökm oxunub. Hökmə əsasən, E. Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E. Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *