Deputat qul əməyi ilə özünə saray tikdirdi » AzNews.info -Xəbər portalı

Deputat qul əməyi ilə özünə saray tikdirdi – VİDEO

Deputat qul əməyi ilə özünə saray tikdirdi


Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Mirzəcan Xəlilov özünə bir neçə milyon manatlıq saray tikdirib, fəhlələrinsə pulunu verməkdən boyun qaçırır. Bunu sosial şəbəkələrdə məşhur bloger Mehman Hüseynov bildirib.

Bloger fəhlələrin işinə rəhbərlik etmiş iş icraçısını taparaq bu ağlasığmaz faktın təfərrüatlarını öyrənib.

Məlum olub ki, şəxsi sarayının (villasının) tikintisində Mirzəcan Xəlilov iyirmi nəfərə yaxın fəhlə çalışdırıb. Lakin iş bitdikdən sonra millət vəkili onların halal qazancını vermək istəməyib.

Fəhlələr öz pullarını tələb etdikdə isə, deputat məhkəməyə şikayət edib və işi udub. Məhkəmənin qərarına görə, fəhlələr özləri deputata borcludurlar və ona hələ bir neçə min manat pul ödəməlidirlər.

“Mənim ona qarşı heç bir şəxsi qərəzim yoxdur. Bilmirəm, nəyə görə deputat fəhlələrin pulunu vermək istəmədi və 20 ailəni ac qoydu. Mirzəcan Xəlilovdan soruşanda ki, pul nə vaxt olacaq, cavab verdi ki, pulları unudaq. Elə bil qumarda uduzmusunuz”, - iş icraçısı deyib.

Fəhlələr isə məhkəmənin qərarından apellyasiya şikayəti vermək və halal qazanclarını almaq niyyətindədirlər.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *