Azərbaycanda yeni doğulan qız uşaqlarına verilən gül adları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda yeni doğulan qız uşaqlarına verilən gül adları – SİYAHI

Azərbaycanda yeni doğulan qız uşaqlarına verilən gül adları


AzNews.info-nun məlumatına görə, Ədliyyə Nazirliyindən Report-a bildirilib ki, qız uşaqlarına verilən adlar arasında Nərgiz, Lalə çoxluq təşkil edir.

2016-cı il ərzində 445 körpəyə Nərgiz adı verilib. Ümumilikdə isə son beş ildə 2591 körpəyə Nərgiz adı qoyulub.

Son beş ildə valideynlər 1782 körpəyə Lalə (ötən il 270), 300-nə (2016-cı ildə 44) Yasəmən adı veriblər.

Eyni zamanda, son beş ildə doğulan 425 qız uşağına Çiçək, 212-nə Banuçiçək, 185-nə Bənövşə, 86-na Gülbahar, 75-nə Qızılgül, 46-na Qərənfil adı qoyulub.

Bundan başqa qızlara verilən adlar arasında Laləzər, Laləzar, Laləxanım, Lalənur, Laləxatun, Laləgül, Lalə Coya, Nərgizxatun, Nərgizbanu, Nərgizzəhra, Nərgizxanım, Nərgizə, Bənövşəxanım, Gülşahnaz, Gülşah kimi adlar da geniş yayılıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *