Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb – VİDEO

Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Suriyadakı uşaqlara videomüraciət ünvanlayıb və onları çətinliklərə baxmayaraq, heç vaxt təslim olmamağa çağırıb.

Oxu.Az-ın məlumatına görə, idmançının videosu ərəb KİV-lərində yayılıb.

“Salam! Bu Suriyada yaşayan uşaqlar üçündür. Biz bilirik ki, siz çox əziyyət çəkirsiniz. Mən tanınmış futbolçuyam, lakin əsl qəhrəmanlar sizsiniz. Ümidinizi itirməyin! Bütün dünya sizinlədir, biz sizin qayğınıza qalırıq. Mən sizinləyəm”, - futbolçu deyib.

Xatırladaq ki, dekabrınn 22-də Suriya ordusu Hələbin terrorçulardan tamamilə təmizləndiyini təsdiq edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *