“Lider” televiziyasının rəhbərliyi MTRŞ-yə çağırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

“Lider” televiziyasının rəhbərliyi MTRŞ-yə çağırılıb

“Lider” televiziyasının rəhbərliyi MTRŞ-yə çağırılıb


“Lider” televiziyasında yayımlanan “Çıxış yolu” verilişi bağlanıb”.

Aznews.info xəbər verir ki, bunu Report-a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, “Lider” televiziyasının rəhbərliyi şuraya dəvət edilib:

“Televiziyanın rəhbəri şuraya dəvət edilib və verilişlə bağlı müzakirə aparılıb. TV rəhbərliyi həmin verilişi bağladıqlarını dedi”.

MTRŞ-nın bu cür halları qətiyyətlə pislədiyini deyən T.Məmmədov şuranın efirdə problemli insanlar üzərindən şouların yaradılmasına qarşı bundan sonra da mübarizə aparacağını deyib:

“Şura efir və səhnə mədəniyyətinə, etik normalara əməl olunmasına ciddi nəzarət edir”.

Qeyd edək ki, “Lider” televiziyasının efirində yayımlanan “Çıxış yolu” verilişinin sonuncu buraxılışında nalayiq ifadələrdən istifadə olunub, söyüş söyülüb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *