DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi – FOTO

DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xətai rayonu ərazisində yerləşən kafelərdən birində əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə qanunsuz valyuta mübadilə fəaliyyəti ilə məşğul olan Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakinləri Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını 96 min 200 manata satan zaman saxlanılıblar.

Onların üzərilərinə baxış zamanı əlavə olaraq ümumilikdə 13 min 920 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Elə həmin gün belə bir tədbir Sumqayıt şəhərində də həyata keçirilib. Belə ki, Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin 32-ci məhəlləsində yerləşən ticarət mərkəzinin ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olduqlarına görə 4 nəfər - Fərmayıl Hacıyev, Xəqani Albandayev, Azər Məmmədov, İsfəndiyar Nağıyev saxlanılıblar.

Tədbirlərin davamı olaraq, bu fəaliyyətlə məşğul olan daha bir şəhər sakini İsmayıl Balayev də saxlanılıb.

Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, ölkənin maliyyə sisteminin sabit və dayanıqlılığına, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunmasına qarşı fəaliyyət göstərən şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

Odur ki, qanunsuz olaraq valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllərdən çəkinmələri tələb olunur.

DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi
DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi
DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi
DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi
DİN qanunsuz dollar satanlara qarşı “müharibə” elan etdi

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *