Hər bir evdə yaşayan həşəratlar – FOTO
Evlərdə olan bu böcəkləri dərmanlama ilə bir müddət evdən uzaq tuta bilərsiniz. Ancaq bir müddət sonra yenidən ortaya çıxacaqlar.
AzNews.info Publika.az-a istinadən hər evdə olan bu böcəkləri təqdim edir:
1. Təsbeh Böcəyi
Təsbeh böcəyi pis qoxulu, nəmli mühitlərdə, kifli mühitlərdə, evin tavanında, evin zirzəmisində olmaqla bir çox mühitdə yaşayırlar. Meyvə və tərəvəz çürükləri ilə qidalanırlar. Onlar hətta yedikləri tərəvəzlərin üzərinə nəcislərini edirlər və beləliklə, yumadan yeyilsə insanda xəstəlik yaradır.
2. Taxta böcəyi
Taxta böcəkləri qanla qidalanırlar. Yuva qurduqları yerdə qida tapmasalar da, uzun müddət yaşayırlar. Bir mayalanmadan yüzlərlə yumurta buraxırlar. Gecələr qaranlıqda gəzdikləri üçün onların yuvasını tapmaq çətin olur. Qanla qidalandıqları üçün dişlədikləri insanın qanını əmərək həmin yeri yaraya çevirir. Hətta başqasının əmdiyi qanı digər bədənə ötürür, beləliklə də ciddi mikrob xəstəliklər yaradır.
3. Birə
Birələr tozlu, pis mühitlərdə, insan və heyvanlar üzərində yaşayırlar. Evlərə asanca yerləşirlər. İnsan birəsi, quş birəsi, pişik birəsi, it birəsini bunlara misal gətirmək olar. Pişik və insan birələri 33 sm yüksəyə sıçrayırlar. Birələr qan əmici heyvanlardır. Birələrin dişləməsi ilə birlikdə bədəndə buna bağlı qaşınma, yanma, qızartı görülür. Birələr bədənimizə mikrob keçirdə bilər.
4. Bit
Bitlər bədəndə olan dəri parçalar, ifraz olunan yağ və qan ilə bəslənirlər. Əsasən, saçlarda çox olur. Keçicidir. Bitlər yumurtalayaraq törəyirlər. Yumurtalarına sirkə adı verilir. Baş, bədən, qasıq biti kimi növləri vardır. Ən çox qış ayında və təmizliyin passiv olduğu sahələrdə görülür.
5. Tarakan
Hamam böcəyi qara, tünd qəhvə, qırmızı kimi rənglərə sahibdirlər. Tarakanın ən aktiv olduğu vaxt gecə saatlarıdır. İşıqları söndürəndə ortaya çıxır. Yandıranda da sağa-sola qaçırlar. Hamam böcəkləri içərisində yumurtalar olan kapsul buraxaraq törəyərlər. Yemək yemədən 30 gün, su içmədən isə yalnız 8 gün yaşayırlar. Hamam böcəyi öləndən sonra bir həftə içində yumurtalarını buraxmaq kimi inanılmaz xüsusiyyətlərə sahibdirlər.
6. Hörümçək
Hörümçəklər hər cür canlı ilə bəslənirlər. İlk olaraq ovunu dişləyir və zəhərini tökərək canlıların içini çürüdür və bəslənmə ehtiyacını asanlıqla aradan qaldırırlar. İnsan sağlamlığına birbaşa müdaxilə edən böcəklər olmasa belə, bu canlıların bilavasitə olaraq zərəri var. Hörümçək növləri baxımından zəhərli də ola bilər.
7. Ev Qırxayağı
Böyük ölçüsü və çox ayağı ilə olduqca xoşagəlməz canlılardır. Bir dəfə evdə görüldükdə davamlı o görülən yerdə divarlara nəzarət etmə hissiyyatı verir. Əgər evdə qırxayaq görsəniz, o evdə rütubət var deməkdir. Rütubətli mühitlərdə asanca çoxalan hörümçəklər qırxayaqlılar üçün yaxşı yemdir. Ona görə, evdə qırxayaq görsəniz bilin ki, mütləq başqa kiçik canlılar da var. Əgər bu kiçik canlıları yox etsəniz, qırxayaqlılar da yox olacaq.
Mənbə:> Publika.az