ABŞ-da qadın sərnişin özünü hərəkətdə olan təyyarədən yerə atdı
ABŞ-ın Hyuston şəhərinin Corc Buş adına hava limanında qadın sərnişin özünü təyyarənin qəza çıxışından yerə atıb.
Fox news xəbər verir ki, hadisə təyyarənin eniş etdikdən sonra uçma-enmə zolağında hərəkətdə olduğu zaman baş verib.
Nəşrin məlumatına görə, qadın təyyarənin qanadına çıxıb və oradan yerə tullanıb. Terminallara tərəf qaçan sərnişin polis tərəfindən saxlanılıb.
Qeyd olunur ki, qadın FBI əməkdaşları tərəfindən dindirildikdən sonra polisə təhvil verilib. Sərnişinə psixiatriya ekspertizası təyin olunub.
Mənbə:> Virtualaz.org