Azərbaycanda poliklinikaların sayı artırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Azərbaycanda poliklinikaların sayı artırılır

Azərbaycanda poliklinikaların sayı artırılır


Azərbaycanda ambulator-poliklinika yardımı göstərən müəssisələrin sayı artırılacaq.

Aznews.info xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində qeyd olunub.

Layihəyə görə, ölkədə xəstəxanaların sayı və onların çarpayı fondu optimallaşdırılacaq. Bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sistemi yaradılacaq.

Layihədə qeyd edilir ki, səhiyyə formalarının idarəolunmasının mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş formaları müəyyən ediləcək. Bundan başqa, ilkin səhiyyə səviyyəsində göstərilən xidmətlərin həcmi genişləndiriləcək.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *