Qurbanovanın qurbanları: qadın alveri, intihar anonsu
Statistikaya görə, dünyada silah və narkotik vasitələrin alverindən sonra üçüncü gəlirli sahə insan ticarətidir. İnsan ticarətinin ən çirkin üsullarından biri isə qadın alveridir. Bu bəla bütün dünyanı ağuşuna alıb və təəssüf ki, bunun qarşısını tamamilə almaq mümkün deyil.
Həmcinslərini qonşu ölkələrə - BƏƏ-yə, Dubaya, Türkiyəyə daşıyan, onlarıcinsi istismara məruz qoyan daha bir qadın məhkəmə önünə çıxarılıb. Onun qurbanlarının sayı nə az - nə çox, düz beş nəfərdir. Hamısı gənc qızlar, gözəl qadınlardır. İşə düzəlməkadı ilə Türkiyəyə aparılan bu qızların sənədləri əllərindən alındıqdan sonra aldanıldıqlarını başa düşsələr də, iş işdən keçib, gec olub...
Bakı Ağır Cinayətlər Məhkəməsində həmcinslərini Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunan 47 yaşlı Quba rayon sakini Elvira Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edir.
Ustalıqla qurulmuş tora düşən qızlar
İstintaq yolu ilə müəyyən edilib ki, Elvira Qurbanova istintaqa məlum olmayan Maya adlı şəxslə qabaqcadan əlbir olaraq cinayət ələqəsinə girərək qadınları Türkiyəyə apararaq fahişəliyə cəlb edib.
Aralarındakı razılaşmaya əsasən, qurbanları işə düzəldəcəyi vədi ilə aldadaraq onları ölkədən çıxarmağa müvəffəq olub. Bu minvalla 2015-ci ilin avqust-sentyabr aylarında beş nəfər qadını qonşu ölkəyə aparmaqla onları kişi müştəriləri ilə pul müqabilində görüşdürüb, cinsi istismara məruz qoyub.
Törətdiyi cinayət əməlinə görə E.Qurbanova qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, E.Qurbanova əvvəllər də eyni ittihama görə məsuliyyətə cəlb olunub, məhkumluq həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra yenidən qadın alveri biznesinə girişib. Bu dəfə isə qurbanlarını ölkədən kənara – Türkiyəyə aparmaqla onları fahişəliyə sürükləyib.
E.Qurbanovabu ilin iyun ayının 19-da DİN-inİnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.
Adı “dastanlara” düşən “Maya bacı” kimdir?
Təqsirləndirilən şəxs qismində dindirilən Elvira Qurbanova ifadəsində göstərib ki, sonuncu dəfə Dubayda olarkən Gürcüstandan olan bir nəfər qadın ona Maya haqqında danışıb, onunla “işləməyi” məsləhət görüb. Mayanın qadınları fahişəliyə cəlb etdiyini öyrəndikdən sonra maddi imkanı yaxşı olmadığına görə Türkiyəyə-onun yanına getməyi planlaşdırıb.
Əslində Elviranın maddi vəziyyəti,dediyi kimi, o qədər dəacınacaqlı olmayıb. Şəhərin mərkəzində gözəllik salonu işlədən bu qadınınmüştəriləri də bol olub, gəliri də. Üstəlik, qonşu ölkələrdən gətirdiyi geyim əşyalarını, ətirləri, kosmetik vasitələri tanış-bilişə, gözəllik salonuna gəlib-gedənlərə birə beş qiymətinə sırıyıb.
Azərbaycana qayıdan Elvira gözəllik salonundan tanıdığı qızların bir neçəsi ilə əlaqə saxlayıb, Maya adlı qadından söhbət açıb, onunrestoran işlətdiyini, işçiyə ehtiyacı olduğunu, istəyən olarsa işə düzəldəcəyini deyib. Elviranın ilk qurbanı köhnə tanışı Samirə Məmmədova (ad və soyad dəyişdirilib-virtualaz.org) və onun rəfiqəsi olub. Hər ikisinə Mayanın restoranında işə düzəldəcəyinivəd edib. Ötən ilin avqust ayında onlara bilet alaraq özü ilə birgə Türkiyəyə aparıb. Qurbanlarını İstanbulun Aksaraysəmtinə gətirən Elvira oraya çatar-çatmaz sənədlərini və özlərini Mayaya təhvil verib.
“Mən Samirəyə dedim ki, Mayanın yanına istirahət etməyə gedəcəyəm. Özü dedi ki, mənimlə birlikdə getmək istəyir. Həmin vaxt Samirənin yanında rəfiqəsi də vardı. O, söhbəti eşitdikdə bizimlə getmək istədiyini söylədi. Hər birimiz ayrı-ayrılıqda özünə bilet alıb yola düşdük”, - təqsirləndirilən şəxs ifadəsində qeyd edib.
Aksaraydakı azərbaycanlı qızlar
E.Qurbanova ifadəsində göstərib ki, İstanbula çatdıqdan sonra soraqlaşaraq Mayanın yaşadığı yeri tapıb. Onun Aksaray qəsəbəsində kirayə mənzildə yaşadığı məlum olub. Həmin mənzildə Maya ilə yanaşı çoxlu sayda yüngül həyat tərzi sürən qadınlar varmış. Samirə və rəfiqəsi Mayanın yanında qalıb fahişəlik etmək istəməyiblər. Bir neçə gün gəzib istirahət etdikdən sonra geri qayıdıblar.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, SamirəgilAzərbaycana qayıtsalar da, özü bir aya yaxın Mayanın “qonağı” olub, geninə-boluna istirahət edib. Həmin ərəfədə isə özbək millətindən olan bir qızın vasitəsilə Cuma adlı türklə tanış olub. Cuma ona gələn dəfə Türkiyəyə səfər edərkən məhz onun yanına gəlməsini məsləhət görüb: “Mənə dedi ki, səni öz yanımda saxlayacağam, bütün ehtiyaclarını ödəyəcəyəm. Cumanın qadın alveri ilə məşğul olduğunu bilməmişəm. Tanışlığımızın ertəsi günü Azərbaycana qayıtdım. Qayıdandan sonra Cuma mənə zəng vurub qadın alveri ilə məşğul olduğunu, tanıdığım qadın olarsa onun yanına göndərməyi xahiş etdi. Mən də razılaşdım”.
“Heç birini aldatmamışam, öz xoşları ilə gediblər”
Cumanın təklifi ilə razılaşan Elvira gözəllik salonuna tez-tez təşrif buyuran, ondan nisyə geyim əşyaları, pal-paltar alan tanışlarına müştəri gözü ilə nəzər salıb. Nəhayət ki, daimi müştərilərindənüç nəfərini Cumanın yanına yola salıb: “Onlara Cumanın telefon nömrəsini verdim, özləri əlaqə saxladılar. Sonra zəng vurub üç qadın göndərdiyimi dedim. Sentyabrın 28-də özüm də Türkiyəyə getdim. Cumanın yanına gedəndə qızları orada gördüm. Cuma dedi ki, qızlar bir-birləri ilə yola getmirlər, mübahisə edirlər, onları geri göndərmək lazımdır. Mən də qızları götürüb Mayanın yanına apardım. Bu qızlar Cumanın və Mayanın yanında qaldıqları müddətdə fahişəliyə cəlb olunublar. Azərbaycana qayıdandan sonra mənim bu qadınlarla heç bir əlaqəm olmayıb, onların mənim barəmdə şikayət etdiklərini bilməmişəm. Mən heç kimi fahişəliyə cəlb etməmişəm. Bu qadınların heç birini aldadıb nə Cumanın, nə də Mayanın yanına göndərməmişəm. Onlar özləri öz xoşları ilə yanıma gəlib, Türkiyəyə fahişəlik etməyə getmək istədiklərinideyirdilər. Onlara hər hansı başqa iş təkilif olunmayıb”.
“Bizi qorxudurdu, həbs etdirəcəyi ilə hədələyirdi”
Zərərçəkmişin qurbanlarından biri, 25 yaşlı qız ifadəsində göstərib ki, uzun müddət işsiz olduğuna görə gözəllik salonlarına gedərək iş axtarıb. “ABU Arena”istirahət mərkəzinin yaxınlığındakı gözəllik salonunda işləyən Elviraya da iş üçün ağız açıb. Elvira ona Türkiyədə qeyri-rəsmi evli olduğunu, birlikdə oraya gedərlərsə gözəllik salonunda ona münasib gəlirli iş tapacağını deyib. O da razılaşıb:”İstanbula gələndən sonra Elvira rəfiqəmlə məni Maya adlı qadının evinə apardı. Qeydiyyata düşmək və işə düzəlmək üçün pasportlarımızı istədi. Ona inanıb sənədlərimizi verdik”.
Ertəsi gün Elvira qurbanlarının yanına gələrək onlara psixoloji təsir etməyə başlayıb:”Gəlib dedi ki, sizə dediyim iş alınmadı, fahişəliklə məşğul olub borclarınızıqaytaracaqsınız. Onun dediklərinə inanmadım, Bakıya qayıtmaq istədiyimi dedim. Elvira isə pasportumu verməyəcəyini, dediklərinə əməl etməsəm polisə yalan məlumat verib tutduracağını bildirdi. İçəriyə 50 yaşlarında qarayanız, dolubədənli bir qadın girdi. Elvirayla mübahisə etdiyimizi görüb üstümə gəldi, hədələdi. Qorxumuzdan razılaşdıq. Maya ilə Elvirabizi İstanbuldakı müxtəlif hotellərə aparır, müştərilərə təqdim edirdi. Yaxşı işləmədiyimə görə isə məni tez-tez danlayırdı. Üç-dörd gün orada qaldıqdan sonra Elvira tabe olmayacağımızıgörüb özü bizi Bakıya yola saldı. Elviranın barəsində heç yana şikayət etmədim. Amma sonradan onun həbs olunduğunu öyrəndik, rəfiqəmlə birgə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə gedib şikayət etdik”.
Cumanın restoran “şəbəkəsi”
Zərərçəkmişin qurbanı, 27 yaşlı ali təhsilli gənc qız ifadəsində göstərib ki, Elvira Qurbanova ilə qonşuluqda yaşayıb. Onun işlətdiyi gözəllik salonunun xidmətlərindən istifadə edib, mütəmadi olaraq pal-paltar, ətriyyat alıb. Ötən ilin sentyabr ayında Elvira ona zəng vuraraq yanına çağırıb, söhbət əsnasında Türkiyəyə getməyi təklif edib: “Rəfiqələrim də yanımda idi. Mənə dedi ki, Cuma adında bir nəfər var, Türkiyədə böyük restoran sahibidir, onun yanında işləyəcəksən, yaxşı pul qazanacaqsan. İşin nədən ibarət olduğunu soruşdum. Dedi ki, xidmətçilik edəcəksən, razılaşdım. Elviranın təklifi maraqlı gəldi. Rəfiqələrimin də maddi imkanı çətin olduğundan, onlar da Cumanın restoranında işləmək istədiklərini dedilər. Amma heç birimizin bilet almağa pulu yox idi. Elvira dedi ki, bilet məsələsini özü həll edəcək. Sentyabrın 23-də avtobusla yola düşdük. Yolpulunu mənzil başına çatanda Cuma ödəyəcəkdi, sürücü ilə belə danışmışdılar”.
“Hər biriniz üçün 1000 dollar vermişəm”
İnsan alverinin qurbanı ifadəsində göstərib ki, Türkiyəyə çatandan sonra Cuma onları qarşılayıb, İstanbulun Beylikdüzüsəmtində tikilmiş binanın 14-cü mərtəbəsinə aparıb: “Üç otaqlı mənzil idi. Pasportlarımızı qeydiyyata aldıracağını deyib özü ilə götürdü. Növbəti gün isə gəlib dedi ki, iş yoxdur, fahişəlik edəcəksiniz. Etiraz etdim, restoranda işləmək məqsədilə gəldiyimizi dedim. O isə cavabında “sizin yol xərcinizi ödəmişəm, hətta hər biriniz üçün Elviraya 1000 dollar vermişəm” dedi. Elvira ilə aramızda belə söhbət olmadığını dedim. Bizim söhbətimizin onu maraqlandırmadığını deyərək, hədə-qorxu gəlməyə başladı,dediyini etməsək tutduracağını, başımıza oyun açacağını dedi. Qorxumuzdan razılaşdıq”.
“Dedi ki, pasportumu qaytarmasanız, intihar edəcəyəm”
İş o yerə çatıb ki, qurbanlardan biri, 33 yaşlı qadın pasportunu geri qaytarmayacaqları təqdirdə intihar edəcəyini bildirib. Onun dediklərindənqorxuya düşən Cuma tez-tələsik sənədlərini qaytarıb, özünü isə Azərbaycana yola salıb. Elə həmin gün Elvira Türkiyəyə təşrif buyurub. Onun gəlişindən ürəklənən digər qurbanlar köməklik göstərməsi üçün yalvarıblar. Amma Cumayla Elviranınsöhbətlərindən onların əlbir olduqlarınıanlayıblar. Daha bir neçə gün bu cütlüyün nəzarəti altında məcburən müştərilərə xidmət göstəriblər. Çox keçməyib ki, Cumayla Elviranın da arasında mübahisə yaranıb, onların səs-küyünə binanın mühafizə xidmətinin əməkdaşları gəlib. Yaranmış vəziyyətdən ehtiyatlanan Cuma qızların pasportlarını Elviraya təqdim edib. Elviraonları bu dəfə özü ilə birbaş Mayanın yanına aparıb. Necə deyərlər, qızlar sözün əsl mənasında “yağışdan çıxıb, yağmura düşüblər”.
“Artıq heç bir işə yaramırsınız”
Lakin Elviranın “Mayaya tabe olmasanız, sizi döydürərəm”tipli şantajlarından sonra bir həftə onun dediklərinə əməl etməyə məcbur olublar.Cuma-Maya-Elvira əldə etdikləri pullardan qurbanlarına 1 manat da verməyiblər. Nəhayət, oktyabrın əvvəlində qurbanlar “daha dözə bilmirik, getmək istəyirik” dedikdə Elvira sənədləri onlara qaytararaq “gedə bilərsiniz, artıq heç bir işə yaramırsınız” deyib. Bundan sonra hər iki rəfiqə Bakıdan onlara göndərilən pula bilet alaraq avtobusla geri qayıdıblar.
Sözügedən cinayət işi üzrə hazırda zərərçəkmişlər və şahidlər dindirilir. Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.
Mənbə:> Virtualaz.org