Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər

Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər


Azərbaycanda nikahdan əvvəl həyata keçirilən tibbi müayinələrin sayı artırıla bilər.

Oxu.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, irsi, infeksion xəstəliklərin bir şəxsdən digərinə və ya valideyndən övlada ötürülməsinin qarşısını almaq üçün nikahdan öncə tibb müayinələrin keçirilməsi çox mühüm bir addım idi.

M.Quliyev bildirib ki, müayinə olunan xəstəliklərin sayının artırılması məsələsi də gündəmdədir:

“Ancaq ən aktual xəstəliklər önə çəkilməklə 5-ə qədər xəstəliyin müayinəsi qərara alındı. Müayinələr çox olanda həm insanların vaxtı çox gedir, həm çox xərc tələb olunur. Müayinələrin çoxluğu ilk əvvəl insanları qorxuya da sala bilərdi. Amma tədricən siyahını artırmaq olar. İlk növbədə, C qrup hepatitlərini və daha çox sosial xarakter daşıyan genetik xəstəlikləri üzə çıxarıb, bu siyahıya daxil etmək olar. Ancaq mən düşünürəm ki, bunun əvəzinə daha çox maarifləndirmə işləri aparılmalıdır və aparılır da.

Uşaqlar ilk doğulan dövrdə onların müayinələri aparılır, artıq elektron səhiyyə yaranıb, hər bir uşağın çip kartında xəstəliklərinin olub-olmadığı əks olunur. Bu imkan verəcək ki, nikahdan öncəyə qədər kimin hansı xəstəlik daşıyıcısı olub-olmaması aşkarlansın. Hesab edirəm ki, tibbi müayinələrin tətbiqinin iki ilinin tamamında bu işin monitorinqi aparılar və ən çox aktuallıq tələb edən daha bir neçə xəstəliyi bu siyahıya əlavə etmək olar. Ancaq siyahının həddən artıq genişləndirilməsi praktiki cəhətdən mümkün deyil və özünü doğrultmayacaq”.

M.Quliyev bildirib ki, ötən dövr ərzində 210 minə yaxın nikaha girmək istəyən şəxs müayinədən keçib və müayinələrin nəticəsində təxminən 6700-ə yaxın insanın talasemiya daşıyıcısı və yaxud da xəstəsi olduğu aşkara çıxarılıb, 150-ə yaxın insanda HİV virusu tapılıb:

“Bu çox böyük addımdır. Biz qanunu qəbul edən zaman bir qrup insanlar deyirdilər ki, cəmiyyət buna hazır deyil, bu müayinələrə getməyəcəklər, qeyri-rəsmi nikahların sayı artacaq. Son 1 ilin müşahidələri göstərir ki, bu heç də belə deyil, insanlar bunu başa düşürlər və çox həvəslə də bu müayinələrdən keçirlər. Müayinələrin büdcə hesabına həyata keçirilməsi də dövlətin bu işə çox böyük dəstəyidir”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


TOMS shoes became popular in 2009, put it cheap toms shoes into heaven, super invincible comfortable, comfortable to you do not want to wear other shoes, the whole body pressure no time! Upper shoes are cotton, soft and tough; soft leather insole, non-slip soles. Sienna Miller, Scarlett Johansson, Anna Hathaway, Liv Tyler, KeiraKnightly have to wear to wear, shopping preferred. TOMS extraordinary flourishing canvas shoes with good materials, fine workmanship. Wear comfortable, generous, convenient, in toms outlet uk line with environmental requirements, well received. Is an office worker, pregnant woman, travel, shopping, driving a good helper.

  • #2
  • 27 sentyabr 2017 07:31
  • Yazan: fjirn
I have always felt Cartier blue balloon series of rolex replica male models is not exclusive to men, this series of fine style, elegant style, the girls can interpret it very perfect. And compared to female models of replica rolex small diameter, this 42 mm table diameter is very atmospheric. 18K rose gold case and dark brown alligator strap strap with the watch to replica watches uk add a retro atmosphere, blue balloon's outstanding recognition also let it stand out in many watches, it is to bring men's refined gentleman character, with To replica watches the ladies is the modern city style.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *