Qubada ev çökdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Qubada ev çökdü – FOTO

Qubada ev çökdü


Quba rayonunda yağan aramsız yağışlardan sonra daha bir evdə çökmə baş verib.

Aznews.info Report-a istinadən xəbər verir ki, torpaq qatının axması nəticəsində evin divarları aralanaraq qəzalı vəziyyətə düşüb.

Hadisə rayonun Ərdəbil küçəsində yaşayan Salmanovlar ailəsinin evində qeydə alınıb.

Ev sahibi 2 otağın tamamilə yararsız vəziyyətə düşdüyünü və divarlarda aralanmaların olması səbəbindən evin uçma təhlükəsinin olduğunu bildirib.

Sakinlərin sözlərinə görə, növbəti dəfə güclü yağış yağacağı təqdirdə, evin istifadəyə yararsız vəziyyətə düşmə ehtimalı böyükdür.

Hazırda mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət olunub. Fövqəladə Hallar Nazirliyi və icra nümayəndələri evə baxış keçiriblər. Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Əlimərdan Orucov bildirib ki, hadisə ilə bağlı rayon rəhbəri ev sahibi ilə görüşəcək. Ondan sonra göstərilən tapşırıqlar əsasında tədbir görüləcək.

Qubada ev çökdü
Qubada ev çökdü
Qubada ev çökdü

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *