Bakıda yol polisləri sürücünü döyüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda yol polisləri sürücünü döyüb – FOTO

Bakıda yol polisləri sürücünü döyüb


Bakıda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən döyülüb.

Aznews.info xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, “Südçülük sovxoz”u adlandırılan ərazidə baş verib.

Belə ki, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobus yol polisinin “Saxla” əmrinə tabe olaraq hərəkətini dayandırıb.

Mikroavtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib.

Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub. Polis əməkdaşları mikroavtobusu “Cərimə meydançası”na aparmaq istəyib. Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə yaranıb, sonra isə dava düşüb.

Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə “Cərimə meydançası”na aparılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Bakıda yol polisləri sürücünü döyüb
Bakıda yol polisləri sürücünü döyüb

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *